Dövlət orqanları müsabiqəyə 1444 vakant vəzifə təqdim etdi
Dövlət orqanları tərəfindən dövlət qulluğunda müsabiqəyə ümumilikdə 1444 vakant vəzifə təqdim olunub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində məlumat verilib.
İnzibati rəhbər vəzifələr üzrə (A növü) 195, inzibati icraçı vəzifələr üzrə (B növü) 1249 vakant vəzifə təqdim edilib. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (635 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (141 vakant vəzifə) və Dövlət Statistika Komitəsi (121 vakant vəzifə) tərəfindən müsabiqəyə çıxarılıb.
İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına aid Kənd Təsərrüfatı Nazirliyi üzrə şöbə müdirinin müavini (6 vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 95 vakant vəzifə təqdim edilib. Regionlar üzrə ümumilikdə 1137 vakant vəzifənin müsabiqəyə çıxarılması nəzərdə tutulur.
Hazırda dövlət orqanları tərəfindən vakant vəzifələr müsabiqəyə təqdim olunmaqdadır.
Vakansiyalar üzrə ətraflı məlumat “Dövlət qulluğu” jurnalının 2-ci nömrəsində verilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub