ABŞ ANAMA-ya 30,8 milyon dollar xərcləyib
1999-2016-cı illlərdə ABŞ partlamamış sursatların təmizlənməsi, təlim, avadanlıq satın alınması, eləcə də, mina aşkarlama itləri daxil olmaqla, humanitar minatəmizləmə qruplarının genişləndirilməsi məqsədilə Azərbaycanda adi silahların məhvi proqramlarına külli miqdarda vəsait sərf edib.
Mynews.az zəbər verir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, sərf olunan vəsait 30,8 milyon ABŞ dolları təşkil edib. Bu vəsaitlər NATO Dəstək və Satınalma Agentliyi vasitəsilə AR Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə yönəldilib, nəticədə torpaq sahələrinin əldə olunmasına şərait yaranıb, icmalar üçün infrastruktur bərpa olunaraq çirklənmə sahəsi əhəmiyyətli dərəcədə azaldılıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 981 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 947 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 937 dəfə oxunub