Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadının evini söküb, özünü çölə atdılar - VİDEO

Rəna Quliyevanın oğlu Füzüli rayonunda “N” saylı hərbi hissədə hərbi xidmətdədir

Bakının Nəsimi rayonunda kimsəsiz qadının evini söküb, özünü küçədə qoyublar. Bu barədə redaksiyamıza daxil olan şikayət əsasında hadisə yerinə yollandıq.

 
Məlum oldu ki, hazırda Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 49 ünvanında kirayədə yaşayan Rəna Quliyevanı özəl şikrətlərdən biri aldadaraq evindən çıxarıb. Ona evinin sökülməsi müqabilində bir otaqlı mənzil veriləyi bildirilib. Öz razılığı olmasa da, evindən çıxarılan qadını əvvəlcə kirayə mənzildə yerləşdiriblər.
 
Lakin sonradan şirkət kirayə haqqını da ödəmədiyi üçün həmin Rəna Quliyeva həmin evdən də çıxarılıb. Həyat yoldaşını itirən, yeganə övladını vətən üçün hərbi xidmətə yollayan qadın hazırda həddindən artıq şəraitsiz olan bir evdə ucuz qiymətə kirayədə qalır. 
 
2014-cü ildə evdən çıxarılan qadına həmin gündən sonra şirkət nə ev verib, nə də kompensasiya ödəyib. Rəna Quliyeva şirkətinin adını belə unutduğunu və haqqını harada axtarmaq lazım olduğunu bilmədiyini dedi.
 
Problemlə bağlı bir çox əlaqədar instansiyalara şikayət edən Rəna Quliyeva heç bir müsbət cavab aldığını bildirdi: “Şikayətimə baxılıb və mənə ev verilməsinə qərar verilib. Ancaq hələ də şirkət tərəfindən bu qərar yerinə yetirilməyib”.
 
Qeyd edək ki, hazırda Rəna Quliyevanın oğlu Füzüli rayonunda “N” saylı hərbi hissədə hərbi xidmətdədir. 10 gün əvvəl oğlu cəbhə xəttində güllə yarası alıb və hərbi hospitalda müalicə olunur. Həmçinin, qadına başqa bir bədbəxtlik də üz verib. İki həftə öncə həyat yoldaşı rəhmətə gedib.
 
Rəna Quliyeva deyir ki, 17 ildir əlindən alınan həmin evdə yaşayıb: “ 1998-ci ildə buraya köçmüşəm. Məni evimdən zorla çıxartdılar. Halbuki, bu balaca evdə özümüzə gözəl şərait yaratmışdım. Oğlumu da bu evdən əsgər göndərmişəm. 2014-cü ildə evimi əlimdən alıb, sökdülər. Həyat yoldaşım sağ olanda birtəhər dolanırdıq. Ancaq indi sonumun necə olacağını bilmirəm”.
 
Rəna Quliyeva hazırda minimum yaşam şərtləri belə olmayan bir daxmada kirayə qalır: “Kirayə qaldığım evin vəziyyəti yaxşı deyil. Ev nəmişlikdir və buna görə xəstə düşmüşəm. Yoldaşım ölməmişdən əvvəl pensiya alırdı. Həmin pensiya ilə dolanırdıq. Kommunal xidmətləri də ödəyə bilirdik. Yoldaşım öləndən sonra ev kirayəsini, işığın, qazın pulunu necə verəcəyimi bilmirəm. Çarəsiz qalmışam. Özüm heç yerdə iş tapa bilmirəm”. (musavat.com)
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...