Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda Şaxta baba və Qar qız tapmaq çətin olacaq - SƏBƏB - VİDEO

Son 5 ildə Şaxta baba və Qar qız olmaq istəyənlərin sayı 90 faiz azalıb.

Mynews.az bildirir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov müraciət edənlərin sayının artacağına ümid edir. Çünki qəbul dekabrın 25-də başa çatacaq. Deportament rəhbərinin sözlərinə görə, azalma fotoqraf kimi müraciət edənlərin olmaması ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın əsas gəliri fotoqrafın çəkdiyi şəkillər hesab olunur.

Hər il dekabr ayının 2-cı yarısından etibarən paytaxtda Şaxta baba və Qar qızı görməyə alışanlar, bayram ab-havası üçün onların vazkeçilməz simvollar olduğunu bildirirlər.

Qeyd edək ki, müraciət edənlər şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı təqdim etməklə yanaşı 60 manat dövlət rüsumu da ödəməlidir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...