Nazir müavini: Gələn ildən Məşğulluq Fondu formalaşacaq
Gələn il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən III Məzun-Karyera Sərgisinin açılışında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Məşğulluq Fondu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə işləyənləri də cəlb etməklə çox saylı aktiv əmək proqramları həyata keçirməyə imkan verəcək:
“Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.
Nazir müavini əlavə edib ki, bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 942 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 915 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 907 dəfə oxunub