Mesut Yılmazın oğlu intihar etdi

Türkiyənin sabiq baş naziri Mesut Yılmazın oğlu Mehmet Yavuz Yılmaz tapança ilə özünə atəş açaraq intihar edib.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, Mehmet Yılmazın cəsədi İstanbuldakı Beykoz Konakları səmtindəki evində aşkarlanıb.
Mesut Yılmaz və xanımı Berna Yılmaz oğullarının cəsədinin aparıldığı "Gayrettepe Florence Nightingale Hastanesi"nə yollanıblar.
Onları Turqut Yılmaz, Abdurrahim Albayrak, Fatih Terim, Sadri Şener və Ahmet Nazif Zorlu müşayiət edirdilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan M.Yılmaza zəng vuraraq ona başsağlığı verib.
38 yaşlı Mehmet Yavuz Yılmazın intihar səbəbi bəlli deyil.
Mehmet Yılmaz İstanbuldakı Zincirlikuyu məzarlığında dəfn olunacaq.
Mehmet Yavuz Yılmaz ABŞ-dakı Corctaun Universitetində təhsil alıb, otelçilik və restoran biznesində fəaliyyət göstərib.
Teleaparıcı Neşe Sapmazla evlənmiş M.Yılmaz 3 illik nikahdan sonra boşanmışdı.
O, qardaşı Emir Hasan Yılmazla "CFS İstanbul Yatırım A.Ş" şirkətinə də rəhbərlik edirdi.
Cəmiyyət
- Azərbaycanda koronavirusa yoluxanların sayı 2 dəfə artdı
- Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLAMA
- Ünvanlı dövlət sosial yardımın məbləği artıb
- Dövlət qurumlarının bir-birindən xəbərsiz fəaliyyəti - Bağçalar işləyir, yoxsa yox?
- Vətən müharibəsində iştirak edən əkizlər - İlk dəfədir doğulduğu günü qardaşsız qeyd edir - VİDEO
- Aprelin 5-dən uşaq bağçaları da bağlanır? - AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Ünvanlı dövlət sosial yardımın məbləği artıb 907 dəfə oxunub
- Dövlət qurumlarının bir-birindən xəbərsiz fəaliyyəti - Bağçalar işləyir, yoxsa yox? 905 dəfə oxunub
- Rəmiş vəfat etdi - VİDEO 597 dəfə oxunub
- Azərbaycanda işığın qiyməti iki dəfə qalxacaq? - AÇIQLAMA 590 dəfə oxunub
- Rəmiş dəfn edildi - YENİLƏNİB + VİDEO 589 dəfə oxunub