Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Apteklərdə "göz müayinəsi": eynək satanlar necə "həkimlik" edir? - VİDEO

Görmə qabiliyyəti zəif olan insanlar aptekə gedir, orada isə bir neçə dəqiqə ərzində vətəndaşın gözünü aparatla yoxlayıb eynək verirlər. Bu isə bəzi hallarda problemlərə gətirib çıxarır.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, paytaxtda fəaliyyət göstərən bəzi apteklər var ki, burada həkim müayinəsindən keçmədən də eynək almaq olur. Məsələn aptekdə işləyən bu satıcı bildirir ki, müştərilərin xüsusi aparat vasitəsi ilə gözünü yoxlayıb ona uyğun eynək satılır.

Maraqlısı budur ki, apteklərdə eynək satan şəxslər heç də bu sahənin mütəxəssisləri olmur.

Bəzi satıcılar isə yalnız həkim resepti təqdim edildiyi halda eynək satıldığını bildirirlər.

Göz həkimi Emil Yusifov isə deyir ki,əslində gözün müayinəsi sırf ixtisaslaşmış həkimlər tərəfindən aparılmalıdır.

Apteklərdən optik eynək alıb istifadə etdikdə isə bu gözdə bir sıra xəstəliklərin yaranmasına səbəb olur.

Səhiyyə nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki,nazirlik tərəfindən yalnız müəyyən apteklərə optik eynəklərin müəyyən edilməsi və satışına icazə verilib. Digər apteklərdə bu xidmətin göstərilməsi isə qanuna uyğun deyil.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...