Həm müxtəlif musiqi alətlərində ifa edir, həm də oxumağı bacarır - VİDEO
Həm müxtəlif musiqi alətlərində peşəkarcasına ifa edir, həm də oxumağı bacarır.
Mynews.az bildirir ki, söhbət Mingəçevirdə yaşayan 43 yaşlı Polad Osmanovdan gedir. O, Qarmon, nağara, pianino, tar və kamançada müxtəlif musiqiləri asanlıqla ifa edir. Üstəlik muğam da oxuya bildiyindən hamı onu "Universal musiqiçi" adlandırır. Polad Osmanov Ağdaşın Nemətabad kəndində, musiqçi ailəsində doğulub. Uşaq yaşla rından ailəsi ilə birlikdə Mingəçevirə köçüb. Atası qarmon ifaçısı olduğundan il öyərndiyi musiqi aləti də elə qarmon olub.
Təhsilini başa vurduqdan sonra musiqi alətlərinə marağı daha da artıb. Elə bu səbəbdən bir neçə alətdə ifa etməyi öyrənib. Polad Osmanov onun üçün ən maraqlı, eyni zamanda da nisbətən çətin öyrəndiyi musiqi alətinin kamança olduğunu deyir. Polad Osmanov məclislərdə iştirakçıları təcübləndirə də bilib. Tar, qarmon və nağarada ifa etdikdən sonra muğam ocumağa başlayanda çox böyük maraqla qarşılanıb.
Polad Osmanov musiqi biliklərini tələbələrinə də öyrədir. /xezerxeber.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 965 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 927 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 918 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 917 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 915 dəfə oxunub