Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda din xadimləri maaş alacaq

"Gələn ildən Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə məscidlərdə çalışan din xadimlərimiz rəsmi şəkildə əməkhaqqı alacaqlar".

Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dvlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda əməkhaqqının məbləği və kimlərə verilməsi məsələsi müzakirə olunur: "Əsas odur ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, imam naiblər və bu kimi vəzifə daşıyan digər şəxslər həmin idarənin təqdimatı ilə əməkhaqqı alacaqlar".

Komitə sədri bildirib ki, əməkhaqqının verilməsinin çox böyük ictimai-siyasi əhəmiyyəti var: "Bugünlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvləri və rəhbərliyi açıqlanacaq. Hesab edirəm ki, yanvar ayından Fond fəaliyyət göstərəcək. Fevraldan din xadimləri maaş ala bilərlər".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...