Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avraam Russo - Müğənnilər Telmanın qarşısında diz çökürdülər

Erməni əsilli rusiyalı müğənni Avraam Russo biznesmen, “Çerkizov” bazarının keçmiş Telman İsmayılovdan necə getdiyindən danışıb.

Oxu.Az-ın xəbərinə görə, müğənni bu barədə Dni.ru saytına açıqlamasında deyib.

“Mən qorxaq deyildim və Telmandan 2003-cü ildə, onun işlərinin yaxşı olduğu vaxtda getdim. Mən Telmanın pullarına aldanmadım, baxmayaraq ki, o güclü və nüfuzlu insan idi”, - Russo qeyd edib.

Müğənninin sözlərinə görə, digər artistlər və ifaçılar Telman İsmayılovun qarşısında düz çökürdülər.

“Digər estrada ulduzları Telmanın ətrafında gəzirdilər və ona “Sən Tanrımızsan! Sən şahımızsan!” deyirdilər. Mən isə İsmayılovun qarşısında sınmadım, baxmayaraq ki, o məni Yer üzündən silə bilərdi”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...