Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda qorxmadan öpüşmək üçün münasib yerlər

Gülməlidir?...

Təbii ki, sevgilisi olan insanların bu cür ehtiyaclar duymağı normaldır. Onlara metroda buna icazə yoxdur, bunu etsələr belə, kimlərsə videoya çəkəcək və üçüncü dərəcəli media saytlarının gündəminə oturacaqlar, yaxud ictimai yerlərdə asayişin pozulması iddiasıyla polislər ilişə bilərlər, ya da məhəllələrdə "panyatka" söhbətləri var, bir çox yerdə ana-bacı, arvad-uşaq var...
Yəni bu aktın reallaşdırılması, görünən odur ki,  hardasa, mümkünsüzdür. Bəs bu insanlar bir-birilərinə sevgilərini necə ifadə etsinlər? 

Bunu böyük bir problem hesab etmirik, amma sevgili olanları da başa düşürük.

Mynews.az kenquru.az-a istinadla öpüşmək üçün Bakıda münasib yerləri təqdim edir:

Qırmızıya alınmış yaşıllıq ərazi. İzmir küçəsini keçəndə Bakıxanov küçəsində yerləşən körpünün sağında təpəlik kimi yer.

Bu yerdə öpüşmək üçün bir qədər yuxarılara dırmanmalı olacaqsınız, amma problem yoxdur, sevgi hər şeyə qadirdir və sizi hər yerə dırmaşdıra bilər. Yolun qırağıdır deyə bilərsiniz, amma ağaclıqlar var və ayıq-sayıq sevgililər üçün kamuflyaj, maskalanma, gizlənmə elementlərini də bura əlavə etsək, artıq böyük bir problem yaratmaz. İkinci bir tərəfdən çəki baxımından hər hansı bir qanun keşiçsinin ora dırmaşması orta hesabla 1 dəqiqə 23 saniyə çəkir. Bu vaxt oradan buxarlanmağınız üçün sizə kifayətdir. Onu da qeyd edək ki, təpəliyin qarşı tərəfi birbaşa avtobus dayanacağına uzanır. 

Koordinatlar: 40.386657, 49.827102
Real öpüşmə saatları: 17:00-18:00, 21:00 - 04:00.

Qeyd: Verilən koordinatları copy+paste edib Google Maps-də həmin yeri asanlıqla tapa bilərsiniz.

İnşaatçılarda Məhsul Stadionundakı ümumi tualetin yanında bisetka.

Bu stadionun mitinqlərdə  şəkil çəkdirib xaricdə ev almaq kimi avantajları da var. Amma Bakı uşaqları üçün ən böyük avantaj axşam saatlarında yaşana biləcək ən maraqlı sevgi hekayələrinin yeri olmağıdır. Belə ki, orada axşam joggingi edən kök xalalar sizə heç gözünün ucu ilə də baxmayacaq. Onlar bir şeyə fokuslanıb: arıqlamaq, arıqlamaq, arıqlamaq!

Koordinatlar: 40.389982, 49.805315
Real öpüşmə saatları: 18:00 - 05:00

28 May-dan Türkiyə Səfirliyi istiqamətində uzanan Rəşid Behbudov küçəsinin sağındakı park.

Bura, ümumiyyətlə, tərk edilmiş, hətta Allah babanın unutduğu bir parkdır. Ara-sıra orda-burda oturan sevgililər görə bilərsiniz, amma hətta onlar da bu parkı unudublar. Siz də ora gedin, siz də orada ola-ola o parkı unudun, bu dünyanı unudun!

Koordinatlar: 40.387379, 49.840543
Real öpüşmə saatları: 07:00 - 09:00 (səhər ağzından iyi gəlməyən sevgililər üçün) və 19:00 - 04:00

"Nərimanov" metro stansiyasının yaxınlığındakı Bakımartın yerləşdiyi küçədəki park.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...