Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata oğlunu 5 il qəfəsdə saxladı - VİDEO

Tailand sakini 9 yaşlı oğlunu 5 il ərzində qəfəsdə saxlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, görüntüləri “The Daily Mail” nəşri dərc edib.

Oğlanın psixi problemləri və başında 4 yaşında aldığı ciddi travmanın olduğu bildirilir. Atanın sözlərinə görə, həyat yoldaşı ailəni tərk edəndən sonra uşağın qayğısına qalan kimsə olmayıb. Kişi qeyd edib ki, işə gedərkən oğlunu qəfəsə salmağa məcbur olurdu, çünki onu tək qoymağa qorxurdu.

Yerli sosial xidmətlər kişiyə maddi kömək göstəriblər. Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri oğlana lazımı tibbi yardım göstərəcəyinə söz veriblər. Bununla belə, uşağın atası barəsində təhqiqat başlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...