Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ramil Usubov rəisi işdən çıxardı

Daşkəsən rayon polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Mynews.az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovbununla bağlı müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasovvəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, ötən gün Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub. Belə ki, Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.

Daşkəsən və Kəpəz polis şöbələrinə isə hələlik təyinat yoxdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...