Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - VİDEO

Bəzi dövlət və özəl bağçalardakı xüsusi qida rasionlarında müəyyən çatışmazlıqlar var. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, hətta bəzi uşaq müəssələrində tibb işçisi yoxdur. Həmçinin bakıda zirzəmisi sulu binaların sayı və əhalinin ən çox etdiyi şikayətilər də açıqlanıb.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, bəzi uşaq müəssisələrində tibb işçisi yoxdur. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, bağçalarda tibb işçisinin olmaması xoşagəlməz hallara yol aça bilər. Ziyəddin Kazımov bəzi dövlət və özəl bağçalardakı qida rasionlarında müəyyən çatışmazlıqların olduğunu da vurğulayıb. O bildirib ki, menyu hazırlanarkən uşaqların səhhəti nəzərə alınmlıdır. Bağçalardakı bəzi zəhərlənmələr də məhz bu səbəbdən baş verir.
Ziyəddin Kazımovun sözlərinə görə, sakinlər tərəfindən ən çox edilən müraciətlər binalarda aqreqatlar tərəfindən yaranan səs-küy və zirzəmilərin su olması ilə bağlıdır. Şöbə müdiri qeyd edib ki, hazırda Bakıda 200-dən artıq binada belə problem var.
Şöbə müdiri bildirib ki, bu problemlərlə bağlı müvafiq araşdırmalar aparılıb və aidiyyəti qurumlara məlumat verilib. Digər bir narazılıq isə evə yaxın məsafələrdə heyvanların saxlanılması ilə bağlıdır.
Bununla bağlı da şikayətlər araşdırılır və müvafiq orqanlara məlumat verilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...