Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeznəsinə bir yumruq vurdu - 4 il 6 ay cəza aldı

Yeznəsinə bir yumruq vuran şəxs məhkəmədə həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən E.Əliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilən E.Əliyev Bakıda mübahisə zəminində keçmiş yeznəsini yumruqla vurub.

Yeznəsi bir gözündən ciddi xəsarət alıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...