Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

10 yaşlı qızı 50 yaşlı kişiyə ərə vermək istədilər - VİDEO

Pakistanda polis 10 yaşlı qızın 50 yaşlı Citmal Meqara zorla ərə verilməsinin qarşısını alıb. Meqar qızın valideynlərinə "nikah" üçün 7 min dollar ödəmişdi.

Mynews.az milli.az-a istinadən bildirir ki, Meqar "gəlin"in valideynlərinə pul ödəyərkən polis əməliyyat keçirib.10 yaşlı qızın valideynləri tutulublar.

Olay Pakistanın Sind vilayətindəki Kirpi kəndində baş verib.

Polisin "nikah" mərasiminə basqını zamanı 11 nəfər tutulub.

50 yaşlı "təzə bəy" qaçıb aradan çıxıb. Polis indi onu axtarır.

10 yaşlı qızın anası Məsmət Bibinin dediyinə görə, ərinin cərrahiyyə əməliyyatı üçün aldıqları borcu ödəməyə pulları olmadığından nikaha razılaşıblar.

"Ərim xəstə idi və onun müalicəsi üçün nüfuzlu adamlardan borc aldıq. Borcu ödəməyə pulumuz yoxdu. Nə mən, nə də ərim qızımızla belə davranmaq istəmirdik. Amma çıxış yolumuz yoxdu. Meqar cehiz istəmədi, toyla bağlı bütün xərcləri ödəyəcəyini söylədi", - Məsmət Bibi söyləyib.

Nikahı rəsmiləşdirməyə hazırlaşan qazi Hacı Solanqinin dediyinə görə, gəlinin yaşından bixəbər olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...