Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Messi “Real” ilə oyunda ayaqyalın qol ötürməsi etdi

“Barselona”nın hücumçusu Lionel Messi Madridin “Real” komandası ilə görüşdə ayaqyalın qol ötürməsi edib.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, video “Foot Dz Haka” YouTube kanalında yerləşdirilib.

Qarşılaşmanın 93-cü dəqiqəsində Messi meydan sahiblərinin müdafiəçisi Marselo ilə mübarizədə butsunu itirib. Lakin bu argentinalıya Aleyks Vidala məhsuldar ötürmə etməyə mane olmayıb. 

Xatırladaq ki, qarşılaşma şənbə günü, dekabrın 23-də, keçirilib və “Barselona”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qələbə sayəsində kataloniyalılar “Real” ilə xal fərqini 14-ə çatdırıblar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...