Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xınalıqda itkin düşən alpinistlər: Polis və fotoqraf - FOTO

Qubada, Xınalıq ərazisində itkin düşən alpinistlərin kimliyi açıqlanıb.

Mynews.az xəbər verir ki, onlar Babur Hüseynov, Namin Bünyadov və Fəridə Cəbrayılzadədir.

Namin Bünyadov sənaye alpinizmi ilə məşğuldur. O, xarici şirkətlərin birində yüksəklikdə yerləşən elektrik xətlərinin çəkilişi və quraşdırılması üzrə çalışır.

N. Bünyadov bir neçə yüksək zirvəni fəth edib.

Qrupda ola digər alpinist Fəridə Cəbrayılzadə müxtəlif alpinizm yarışlarında iştirak edib. O, həm də velosipedçidir. 

Qeyd edək ki, o, fotoqraflıqla da məşğul olur.

“Gilavar” - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən biri Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) polis leytenantıdır.

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrem İdman Klubunun üzvü olan 3 nəfər dekabrın 23-də Xınalıqdan Tufandağ istiqamətinə yollanıb. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən məlumat almaq mümkün olmayıb. 

İdmançıların yaxınları bildiriblər ki, Şahyaylaq - Mahmuddərə marşrutu üzrə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...