Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aprel döyüşləri zamanı yaralanan hərbçidən - ŞAD XƏBƏR

“2016-cı ilin məlum aprel döyüşləri zamanı qardaşım Yaşar Ağayev yaralanandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında yerli həkimlərimiz tərəfindən ona ilkin tibbi yardım göstərildi”.

Bu barədə aprel döyüşlərinin iştirakçısı Yaşar Ağayevin  qardaşı Anar Ağayev bildirib. Onun sözlərinə görə, hərbçi qardaşı dövlət tərəfindən tam müalicə olunub.

“Qardaşımı Türkiyənin Gülhanə Tibb Akademiyasına göndərdilər. Orada olanda bizə yüksək səviyyəli qulluq göstərildi, sağ olsun dövlətimiz bizi tək buraxmadı. Müdafiə nazirinin tapşırığına əsasən nazir müavini də bizi Türkiyədə ziyarət etdi, müalicənin gedişi və problemlərimizlə maraqlandı”, - deyə Anar Ağayev bildirib.

Onun sözlərinə görə, qardaşı Azərbaycana qayıdandan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalında reabilitasiya keçib. Anar Ağayev deyir ki, həmin ərəfədə də Yaşar Ağayev diqqətdən kənarda qalmayıb: “Bu günlərdə ailəmizin bir çətinliyi də hərbçilərimizin köməyi ilə həll olundu. Müdafiə nazirliyinin rəhbərliyi yenə də bizə dəstək oldu. Bütün bu diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin birinci vitse-prezidentinə Mehriban xanım Əliyevaya, o cümlədən Müdafiə nazirinə və nazirliyin bütün şəxsi heyətinə ailəmiz adından minnətdarlığımızı çatdırıram”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...