Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Alpinistlərin axtarışı nəticəsizdir

İtkin düşmüş alpinistlərin axtarışları bu gün səhər 05:00-dan bərpa olunub.

Mynews.az xəbər verir ki, bunu oxu.az-a “Gilavar” - hava və ekstrim idman klubunun direktoru Ziya Qasımov bildirib.

Onun sözlərinə görə, Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamış “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışlarına FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi, kinoloqlar, nazirliyin Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri  və FAİREX-in peşəkar alpinistləri cəlb olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...