Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu həşəratlar sizə tərəf gəlirsə, ölümünüz YAXINLAŞIR

Bu həşəratlar gözümüzə balaca görünə bilərlər, amma ağlımıza gəlməyəcək dərəcədə təhlükəlidirlər.

Onlar insanı iflic edə, müxtəlif orqanların fəaliyyətini dayandıra, hətta öldürə bilərlər.

Metbuat.az həyatımız üçün təhlükə sayılan həşəratların siyahısını təqdim edir:

Gənə

Gənə gözsüz parazaitdir. Müxtəlif heyvanların və insanın dərisinə yapışaraq xortumunu yeridib, qanı sorur. Bu zaman daşıyıcısı olduğu bir çox mikrobları qana keçirir. Gənə insana yapışdıqda, onu dəridən xortumu ilə birlikdə qoparmaq lazımdır. Xortum dəridə qalarsa, virus ötürməyə davam edəcək. Bu da ölümə səbəb ola bilər.

Atəş qarışqası

Çox aqressiv kiçik qırmızı qarışqa növüdür. Böyük koloniyalar halında yaşayırlar. İnsanı dişlədikdə, bədənə zəhər yeridirlər. Bu, allergik şoklara səbəb olur və ölümlə nəticələnə bilir.

Qaradul hörümçəkləri

Qaradul hörümçəkləri Şimali Amerikanın ən ölümcül hörümçəyi olaraq bilinir. Azərbaycanda da mövcuddur. İnsanı dişləyəndə bir o qədər də incitmir, ancaq müəyyən bir zamandan sonra yara şişərək iki kiçik diş meydana gəlir. Kürəkdə və qarın bölgəsində ağrı hissi, qarın əzələlərinin ayrı-ayrı yerlərində spazma meydana gəlir. Ürək bulantısı yaranır, nəfəs alıb-vermədə çətinlik yaranır.

Eşşək arısı

Gövdəsi sarı və qara zolaqlı olan eşşək arıları olduqca iri quruluşludur. Eşşək arılarının iynəsi zəhərlidir. Sancması çox ağrı verən eşşək arısının zəhəri insanda ağır allergiya reaksiyalarına yol açır. Bir çox hallarda eşşək arılarının sancması insan ölümü ilə nəticələnir.

Sarı əqrəb

Sarı əqrəb insanlar üçün ölümcül dərəcədə zəhərlidir. Buna görə dünyanın ən təhlükəli əqrəbləri arasında yer alır. Sarı əqrəb sancması, çox ciddi tibbi bir hadisə kimi dəyərləndirilir. Sancdığı yerdə böyük yaralar meydana gətirir. Daha sonra əqrəbin sancdığı adam 1 saat içində dünyasını dəyişir.

Afrikanın qatil arıları

Bu arılar tarixdə bir hücumda 300 braziliyalı insanı öldürdükdən sonra "qatil" adını alıblar. Qatil Afrika bal arıları çox həssasdırlar. Adıçəkilən arılar öz yuvalarını ölünə qədər qoruyurlar. Bu arılardan qaçmaq və xilas olmaq az qala qeyri-mümkündür və bunun sonu mütləq ölüm olur.

Güllə qarışqası

Dünyanın ən şiddətli ağrılarından birini dadmaq istəyirsinizsə, güllə qarışqalarının sizi bir dəfə dişləməsi kifayətdir. Dişlədiyi yerdə güllə ilə vurulmuş kimi bir acı hiss etdirir. Adını da buradan alır. Həmçinin bu ağrı 24 saat davam edir. Bir dişlək yeri elə ölümlə nəticələnə bilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...