Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Bu şəhərdə”nin biletləri məcburi paylanılır? - AÇIQLAMA

Sosial şəbəkələrdə “Bu şəhərdə”nin Lənkəranda baş tutan konsert proqramı üçün məktəblərə məcburi bilet satılması ilə bağlı paylaşımlar yer alıb.

Mynews.az oxu.az-a istinadən xəbər verir ki, paylaşımları məktəbdə çalışan bir neçə müəllim edib. Onların sözlərinə görə, dünən və bu gün baş tutacaq konsert biletlərinin qiyməti 40 manatdır və məktəblərin bəzisinə 2, bəzisinə 6 bilet verilib.

Biletlərin məktəblərdə məcburi paylanılması ilə bağlı xəbəri “Bu şəhərdə” komandasının üzvü, ssenarist Müşviq Abbasov təkzib edib. O, sosial şəbəkədə bu barədə ironik post paylaşıb:

“Dostlar, bəzi səviyyəsizlər sosial şəbəkələrdə yayırlar ki, Londonun icra başçısı Sadik Aman Xanın göstərişi ilə bizim oradakı konsertimizin biletləri məcburi müəllimlərə satılıb”.

Qeyd edək ki, analoji hal “Bu şəhərdə” ilə bağlı olmasa da, başqa sənətçilərin konsert proqramlarında dəfələrlə təkrarlanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...