Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan çıxarılacaq - VİDEO

Bəzi şadlıq saraylarında siqaret çəkən şəxslər zaldan uzaqlaşdırılacaq. Həmin şadlıq saraylarını idarə edən şəxslər belə bir addım atıblar.

Mynews.az Xəzər TV-yə istinadən xəbər verir ki, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə paytaxtın əksər şadlıq sarayları fəaliyyətlərində müəyyən dəyişikliklər ediblər.

Görünən yerlərə siqaret çəkilməsini qadağan edən nişanlar vurulub.

Şadlıq saraylarından bildirildi ki, qadağanedici nişanların vurulması ilə yanaşı, içəridə siqaretin çəkilməməsi ilə bağlı toy sahiblərinə xəbərdarlıq da edilir. Qonaqların zallarda siqaretdən istifadə etmələrinə isə inzibatçılar nəzarət edir. İnzibatçılar bildirir ki, xəbərdarlığa məhəl qoymayan şəxslər zaldan çıxarılacaq.

Bununla belə restoran sahibləri qonaqlara qanunun tələblərini izah etməyə çalışırlar.

Qeyd edək ki, sözügedən qaydaya əməl etməyənlər 30 manat miqdarında cərimə edilirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...