Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

MTRŞ “Space”in alpinistlərlə bağlı yalan məlumatına - MÜNASİBƏT BİLDİRDİ

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Space” televizyasında "Hər gün” xəbərlər buraxılışında alpinistlərdən birinin tapılması ilə bağlı yalan məlumat verilməsinə münasibət bildirib.   

Mynews.az-ın məlumatına görə, MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, cəmiyyəti narahat edən məsələləri diqqətdə saxlamaq KİV-in vəzifəsidir: "Əlbəttə, bu baxımdan "Space”in alpinistlərin axtarışları ilə bağlı reportaj hazırlaması normaldır. Lakin belə həssas məsələlərdə diqqətli olmaq vacibdir”.  

Qurum rəsmisi əlavə edib ki, itkin düşənlərin taleyi həm cəmiyyəti, həm də onların yaxınlarını həssaslıqla maraqlandırır: "Bu mənada, hər xırda səhv insanları narahat edə, incidə bilər. Ona görə də informasiyanı dəqiqləşdirib vermək daha doğru olardı. Ümumiyyətlə, xəbərlərdə, televizyalarda yersiz pafosdan, hay-küydən qaçmaq lazımdır. Xəbərlər nə qədər ciddi və dəqiq təqdim olunsa, o qədər effektiv olar”. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...