Boyu 2 metr 10 santimetrdir - Nə geyinməyə paltar, nə də yatmağa çarpayı tapa bilir - VİDEO
Boyunun uzun olması bəzi məsələlərdə işinə yarasa da, geyimdə və digər işlərdə ona çətinlik yaradır.
Mynews.az bildirir ki, Azərbaycanın ən uzun insanlarından biri 21 yaşlı Elçin Hümbətlidir. Bərdənin Lək kəndində yaşayan Elçinin boyu 2 metr 10 sm-dir. Onun boyu son 6 ildə daha sürətlə artıb.
Elçinin hündürboy olması bəzən işinə yarasa da, bir çox hallarda çətinlik yaradır. Xüsusilə də satışda ayaqqabı və paltar tapa bilmir. Ona görə də geyimlərini adətən dərziyə tikdirir.
Uzun boyunun digər çətinliyini isə yatanda yaşayır. Çünki nə çarpayı, nə də yataq dəsti boyuna uyğun gəlir.
İndi Elçin Hümbətli boyunun daha da uzanmasının qarşısını almaq istəyir ki, gələcəkdə sağlamlığında problemlər yaranmasın. /xezerxeber.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub
loading...