Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

​Heç kəs bunu gözləmirdi! - Arda Turan bu komandaya keçir

Arda Turan Amerikanın “Chicago Fire” komandasına transfer olur.

Mynews.az Metbuat.az-a istinadən bildirir ki, Barselona Futbol Komandası Arda Turanın transferi üçün “Chicago Fire” Futbol Komandası ilə danışıqlar aparır.

İngiltərənin “Deyli Meyl" qəzeti də yayılan iddiaları təsdiq edir.

Bastian Şvanştayger ilə yollarını ayıran “Chicago Fire” Futbol Komandası alman futbolçuya verdiyi maaşı Arda Turana təklif etməyi planlaşdırır.

Qeyd edək ki, 2015-ci ildə 34 milyon avroya Barselona Futbol Komandasına transfer olan 30 yaşlı futbolçu bu sezon Barselonada rəsmi oyunların heç birinə vəsiqə qazanmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...