Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ABŞ sakini lotereyada yarım milyard dollar uddu

ABŞ-ın Nyu-Hempşir ştat sakini “Powerball” lotereyasında 559,7 milyon dollar udub.

Mynews.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə ABC News telekanalı lotereya nümayəndəsinə istinadən məlumat yayıb.

Qalibin adı hələlik açıqlanmır. Telekanalın məlumatına əsasən 12, 29, 30, 33, 61 rəmələri uduşlu, 26 rəqəmi isə bonus olub.

Qaydalara əsasən, qalib məbləği birdəfəyə və ya bir neçə il ərzində hissə-hissə götürə bilər.

Bu ABŞ tarixində ikinci ən böyük cekpotdur. 2017-ci ildə Massaçusets sakini Meyvis Uonçik lotereyada 758 milyon dollar qazanmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...