Fazil Məmmədovun qudası istefa ərizəsini yazdı
Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb.
Mynews.az xəbər verir ki, modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.
Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.
Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.
Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1000 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 962 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 952 dəfə oxunub
loading...