Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SMS-lərə cavab verməyən vətəndaş yüz manat cərimə olunacaq

Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-ci ildən qüvvəyə minən dəyişikliklər - vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi - vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil. 

Mynews.az xəbər verir ki, bunu Sputnik Az'rbaycan-a Vergilər Nazirliyindən (VN) bildiriblər.

Oxucuların redaksiyamıza etdikləri müraciətlərə cavab olaraq VN-dən bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimə tətbiq ediləcək.

O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır. 

VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar.

“Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir”, - deyə VN-in maliyyə şöbəsindən bildiriblər.

Qeyd edək ki, Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...