Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

SON DƏQİQƏ! Azərbaycanlı məşhur infarkt keçirdi - "Vəziyyəti ağırdır..." - FOTO

Şirvan aşıq məktəbinin tanınmış nümayəndələrindən biri, Azərbaycan Aşıqlar Birliyinin üzvü Vüqar Mahmudoğlu infarkt keçirib.

Aşıq Vüqarın oğlu Ələsgər Niftəliyevin teleqraf.com-a verdiyi məlumata görə, sənətkarın vəziyyəti ağırdır.

"Atamın vəziyyəti qəfil pisləşdi. Məlum oldu ki, infarkt keçirib. Gecə ilə Gömrük Hospitalına yerləşdirdik. Hazırda reanimasiyadadır. Həkimlərinin səylərinə baxmayaraq hələ də komadan ayılmayıb. Vəziyyəti çox ağırdır. Gözləyirik... Dualarınızı əsirgəməyin!”

Qeyd edək ki, Aşıq Vüqar 3 noyabr 1970-ci ildə böyük Azərbaycan aşığı Mahmud Ələsgəroğlunun ailəsində doğulub.

SON DƏQİQƏ! Azərbaycanlı məşhur infarkt keçirdi: "Vəziyyəti ağırdır..." - FOTO

 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...