Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda qatarlar durdu - RƏSMİ AÇIQLAMA, YENİLƏNİB

Bakı metrosunda intihar hadisəsi baş verib.

Bakı metrosunda intihar edən şəxsin kimliyi məlum olub. “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev“Ölkə.Az”a açıqlamasında bildirib ki, ölən şəxs 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Əlixan oğlu Mustafazadədir. 

***22:57***

Bu barədə “Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev“Ölkə.Az”a açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə “Ulduz” metro stansiyasında olub. Sərnişinlərdən biri özünü qatar reslərinin üzərinə ataraq intihar edib.

“Bu gün  saat 22:10-da “Həzi Aslanov”-“İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 15 saylı marşrut qatarı “Ulduz” stansiyasında platformaya daxil olarkən bir nəfər cavan oğlan özünü qatarın altına atıb. O, hadisə yerində ölüb. Onun cəsədi çıxarılıb”, - N.Paşayev bildirib. 

N.Paşayev əlavə edib ki, hadisə nəticəsində qatarların hərəkətində 20 dəqiqə fasilə yaranıb. Meyit çıxarıldıqdan sonra qatarların hərəkətləri bərpa olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...