Jalə Əliyeva: Dövlət dili ilə bağlı qanunvericilik sərtləşdirilməlidir
Çox təəssüflər olsun ki, bu gün əksər media quruluşlarında, elmi və bədii ədəbiyyat nümunələrində Azərbaycan dilinin, dövlət dilinin norma və qaydalarına əməl olunmur, bu sahədə vəziyyət ürəkağrıdıcıdır.
Mynews.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, filoloq Jalə Əliyeva dilə gətirib.
O qeyd edib ki, bu sahədəki vəziyyəti tənzimləmək üçün “Dövlət dili haqqında” mövcud və qüvvədə olan qanun təkmilləşdirilməli və yenilənməlidir.
“Mən bu məsələni dəfələrlə dilə gətirmişəm: istər parlamentin plenar iclaslarında, istərsə də komitəmizin iclaslarında. Bildirmişəm ki, Azərbaycan dilinin, dövlət dilimizin qorunması, onun norma və qaydalarına əməl olunması, bu sahədə vəziyyətin normallaşdırılması üçün mütləq “Dövlət dili haqqında” qanuna qayıdılmalı, o, təkmilləşdirilməli, dövrün tələbləri və reallıqlarına uyğun olaraq, yenilənməlidir. Hətta lazım gələrsə, bu yöndə yeni qanun layihəsi hazırlanaraq, müzakirələrə çıxarılmalı və qəbul olunmalıdır.
Qeyd edim ki, böyük əksəriyyət də mənimlə bu məsələdə həmrəydir, onlar da mənim təklifimi dəstəkləyiblər. Odur ki, parlamentin növbəti sessiyalarından birində bu məsələyə qayıdılmalı və dövlət dilimizin qoruması ilə bağlı mövcud qanunvericilik təzələnməlidir. İnanın ki, buna çox böyük ehtiyac var. Hara baxırsan, dilimizin bərbad hala salındığını ürəkağrısı ilə müşahidə edirsən. Küçələrdə, reklam lövhələrində və çarxlarında, mediada, telekanallarda bu məsələdə böyük problemlər var. Belə olmaz axı. Bu baxımdan, dövlət dili ilə bağlı qanunvericiliyin müasirləşdirilməsi və sərtləşdirilməsi vacibdir”, - deyə J. Əliyeva sözlərinə əlavə edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 922 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 559 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 558 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 558 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 552 dəfə oxunub