Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qəza törədən 36 saylı marşrut bu məmurun imiş

Piyadanın ölümünə səbəb olan marşrut xəttinin sahibi bəlli olub.

Mynews.az xəbər verir ki, dünən Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədən marşrut xəttinin sahibi ilə bağlı Movqe.az saytı ilginc məlumat əldə edib. Xəbərə görə, bu gün piyada ölümünə səbəb olan 36 nömrəli marşurutun sahibi də ötən gün avtobusu dərəyə aşan 175 saylı xəttin sahibkarı  Laçın Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Babək Aslanovdur. Qeyd edək ki, B. Aslanov Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın Rayon Şöbəsinin İdarə Heyyətinin sədridir. Dünən Bakı Nəqliyyat Agentliyi 175 saylı xəttin sahibkarı B. Aslanovla müqaviləyə xitam versə də, onun sahibi olduğu digər marşurutda yenidən qəza hadisəsi  baş verib. Xatırladaq ki, iki il öncə də 36 saylı avtobusun iştirakı ilə baş verən yol qəzasında bir nəfər ölmüş, 12 nəfər ağır xəsarət almışdı. 

B. Aslanov telefon zənglərinə cavab verməsə də 36 saylı xəttdə xidmət göstərən, adının çəkilməsini istıməyən şəxs, marşurutu  B.Aslanovun razılığı ilə istismar etdiklərini bildirdi.  Qeyd edək ki, dünən Xətai rayonu Məzahir Rüstəmov küçəsində ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, 1939-cu il təvəllüdlü Sabir Bədəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...