Əflatun Amaşov - "Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir"
"Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir".
Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşov qeyd edib ki, biz şərqdə ilk demokratik dövlət və parlament qurmuşuq: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın, dövlətimizin gələcək pasportudur. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ondan sonra yaranan demokratik dövlətlər üçün baza rolunu oynayıb. Başqa ölkələrdə də Azərbaycan Xalq Cümhuriyyətinə dayaq dövlətlər yaranıb. 2018-cı ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirirəm. Bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır. Bu addım keçmişimizə arxalanmaq, gələcəyimizə isə tariximizi öyrətməkdir. Keçmişi öyrənmədən gələcəyi düzgün qurmaq olmaz”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 968 dəfə oxunub
- Emin Ağalarov söz verdi 968 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 966 dəfə oxunub