Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həm pulundan, həm də kombisindən oldu - VİDEO

Vətəndaş qışın oğlan çağında həm pulundan, həm də kombisindən olub. Səbəb isə kombi ustasının onu aldatması olub.

Mynews.az bildirir ki, Abşeron sakini Aytən Nadirova evinə quraşdırdığı kombi xarab olduğu üçün usta axtarmaq məcburiyyətində qalıb.

Saray qəsəbəsində divara vurulmuş bir ustanın elanını görüb və onunla əlaqə saxlayıb.

Aytən Nadirova deyir ki, kombi ustası ilə aralarında heç bir müqavilə imzalanmayıb. Usta nə qədər təmir haqqı deyibsə onu da verib.

Usta adı və iş yeri barədə məlumat vermədiyindən şikayətçi hazırda çıxılmaz vəziyyətə qalıb. Üstündən bir ay keçməsinə baxmayaraq ödənilən pul və ya kombi geri qaytarılmayıb. Usta ilə biz də əlaqə saxlamağa çalışsaq da telefonuna zəng çatmadı.

Hüquqşunas Kamandar Hüseynov deyir ki, qanuna görə həmin usta müştərisi ilə müqavilə imzalamalı və göstərdiyi xidmətə görə ödəniş qəbzi verilməli idi.

Hüquqşunasın sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə bu məsələdə ''dələduzluq cinayyətnin'' tərkibi yaranıb. Buna görə də vətəndaş polisə müraciət etməlidir. Cinayyət Məcəlləsinə görə, həmin şəxs 1000-2000 manat arasında cərimə və ya 360 saatdan 480 saata qədər içtimai işlərə cəlb edilə bilər. Ekspertlər vətəndaşlara tövsiyə edir ki,usta seçiminə xüsusi diqqətlə yanaşsınlar. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...