Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı qız ermənilərlə əlbir oldu? -FOTOLAR

Fidan Türksoyun gizli yolla Qarabağa getmək istədiyi iddia edilir

Azərbaycanlı qız ermənilərin köməyi ilə işğal altında olan Dağlıq Qarabağa getmək istəyir. Bu qalmaqallı iddia sosial şəbəkələrdə yayılıb. İddiaya görə, "Qafqaz" Universitetinin tələbəsi Fidan Türksoy adlı xanım gizli yollarla Qarabağa keçmək istəyir, bunun üçün də o ermənilərlə əlaqə qurmaqdan belə çəkinməyib.  Bu iddianın müəllifi isə sosial şəbəkə istifadəçisi olan Ziya Ata adlı şəxsdir.

Belə ki, gənc "Facebook" səhifəsində qızı erməni-dostları vasitəsilə Gürcüstandan keçərək işğal olunmuş Qaradabağı ziyarət etməyə çalışmaqda günahlandırır. Bununla yanaşı o, qeyd edir ki, məhz erməni dostları xanımın səfərini gizlədərək onun pasportuna Ermənistan, eləcə də qondarma rejimin möhürünün vurulmasının qarşısı ala bilərlər.

Z.Ata həmçinin adıçəkilən xanımın ermənilərlə yazışmasını əks etdiridiyini iddia edən fotolar da paylaşıb. 

Gənc qız isə öz növbəsində bütün bunların böhtan olduğunu, status və skrinlərə inanmamağı qeyd edib. Həmçinin Fidan yazıb ki, Z.Ata ilə şəxsi münaqişəsi var. Bütün bunlar planlaşdırılmış formada edilir. Bu açıqlamadan sonra o "Facebook" səhifəsini bağlayıb. 

Sosial şəbəkədə ermən dostlarının olduğunu təsdiqləyən tələbə erməni dilinin internet vasitəsilə öyrəndiyini, ermənilərin isə bu işdə ona yardım etdiyini bildirmişdi.

///İstiPress

 



Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...