Bakının bu ərazisində təhlükə artdı - Tektonik qırılma xətti genişləndi
Yeni Günəşli qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarını kəsib keçən tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə edilir.
Mynews.az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
Dəstə rəisinin sözlərinə görə, buna səbəb texnogen və təbii amillər olub: "Yeni Günəşlidə qəsəbəsində, Günəşli yaylası "Döngə 1" və "Döngə 2" ünvanlarından tektonik qırılma xətti keçir. Tektonik qırılma xətti Zığ qəsəbəsinin üst hissəsindən Qum adası istiqamətində uzanır. Hazırda tektonik qırılma xəttinin, yer qatında olan çatların genişlənməsi müşahidə olunur. Bu isə yol infrastrukturuna, ətrafdakı tikililərə mənfi təsir göstərir".
R.Həsənov qeyd edib ki, yağışların təsirindən prosesin dinamikasında aktivlik proqnozlaşdırılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub