Azərbaycanda qısqanc kişi 27 yaşlı oğlanı niyə güllələdi? - Təfərrüat
Dünən axşam Beyləqan rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı təfərrüat üzə çıxıb.
Dünyamalılar kəndində yaşayan 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu və onun güllələyərək öldürdüyü 1991-ci il təvəllüdlü Bayramov Əli Əlövsət oğlu qonşu olublar. Belə ki, əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan və müharibə vaxtı qardaşı şəhid olan Muxtar işğaldan sonra ailəsi ilə birgə Dünyamalılara köçüb
Hadisənin baş vermə səbəbinə gəlincə, bu günlərdə iki ailə arasında münaqişə baş verib. Daha sonra M.Mustafayev 27 yaşlı Əli Bayramovu ailəsinə qarşı nalayiq hərəkət etməkdə ittiham edib. Dünən isə o, ov tüfəngi ilə qonşusunu güllələyib. Əvvəlcə kənd xəstəxanasına aparılan Əli Bayramov vəziyyəti ağır olduğundan Beyləqan xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq o, cərrahiyyə şöbəsində vəfat edib.
Bildirilir ki, qətli törədən Muxtar Mustafayevin 2 oğlu var. Öldürülən Əli Bayramov isə yeni evlənibmiş və keçən il övladı dünyaya gəlib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
/// Lent.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1010 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 969 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 958 dəfə oxunub