Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda yol polisi avtomobilindən təhlükəli manevr - Ciddi qayda pozuntusu - VİDEO

Bakıda Dövlət Yol Polisi İdarəsinin əməkdaşı qaydanı kobud şəkildə pozub. 

BAKU.WS-in məlumatına görə, hadisə Xırdalan-Binəqədi-Balaxanı yolunda baş verib. 

Hadisə şahidlərinin göndərdiyi videoda görünür ki, DYP əməkdaşı xidməti avtomobili ilə qadağan olunmuş yerdə ötmə əməliyyatını həyata keçirib. 

Həmin vaxt yol polisinin avtomobilində sayrışan işıq siqnalı sönülü olub. 

Qarşıdan maşın gəlmədiyi üçün qanunsuz ötmə əməliyyatı qəzasız həyata keçirilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...