Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İpoteka kreditindən istifadə imkanları genişlənir - VİDEO

Vətəndaşların ipoteka kreditindən istifadə imkanları genişlənir.

Xezerxeber.az-ın məlumatına görə, yığım imkanları az olan əhalinin ipoteka kreditindən yararlanması üçün zəmanət mexanizmi hazırlanıb.

"Ipoteka və Kredit Zəmanət Fondu"ndan verilən məlumata görə, risklərin idarə edilməsi üzrə baza modeli formalaşdırılıb. Yeni qaydalarda ilkin ödəniş etməkdə çətinlik çəkən insanlar üçün müəyyən güzəştlər nəzərdə tutur.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, güzəştlər bununla yekunlaşmır.

Hazırki dövlət ipotekasının faiz dərəcələrinin yuxarı həddi 8 faizdir. Bankların əksəriyyəti məhz bu faizlə ipoteka krediti verirlər. Amma yeni qaydaların qəbulu ilə ipotekaya tələbatın artması gözlənilir. Bu da son nəticədə faiz dərəcələrinə təsir göstərə bilər.

İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması əzərdə tutulur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...