Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Çox təəssüf edirik" - AZAL təkzib edir

Azərbaycan Hava Yolları şirkəti (AZAL) şəhid Tural Həşimlinin yaxınlarına Naxçıvana uçmaq üçün bilet vermədiyi ilə bağlı iddiaların heç bir əsası yoxdur.

Milli.Az-a AZAL-dan verilən məlumata görə, şəhidin cənazəsinin Naxçıvana yola salınarkən onun qohumlarına yalnız 5 yer veriliməsi barədə iddialar tamamilə yanlışdır.

"Tam əksinə, şəhid baş leytenant Tural Həşimlinin Naxçıvana yollanan yaxınlarının istisnasız olaraq hamısına həmin reysdə yer ayrılıb. Aviaşirkət rəhbərliyi yerlərin sayının normadan artıq olması barədə göstəriş də verib.

 

Belə bir həssas durumda yoxlanmamış, heç bir əsası olmayan iddia və şayiələrin yayılmasına, sadəcə təəssüflənirik. Bəhs etdiyimiz şayiəni yayan kütləvi informasiya vasitələrinin nümayəndələri gerçəyi öyrənmək üçün AZAL-ın müvafiq strukturu ilə əlaqə saxalya bilərdilər", - AZAL-dan deyildi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...