Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Alpinistlərin axtarışı dayandırılmalıdır, çünki….”

Helikopterlə aparılan axtarış qrupunda iştirak edən dağçı, alpinist Aleksandr Nəcəfov Bizimyol.info saytına bildirib ki, itkin düşən dağçılarla bağlı müəyyən izlər axtarmaq üçün helikopterlə axtarışlar aparılsa da bu günə qədər heç bir izə rast gəlinməyib.

O bildirib ki, hazırda axtarışlar dayandırılmalıdır, çünki ərazidə yüksək uçqun təhlükəsi var.

“Çox təəssüflə deyirəm ki, hazırda axtarışlar aparmaq mənasızdır. Çünki bizim dərələrdə işləmək böyük riskdir. Hər zaman uçqun təhlükəsi yarana bilər”,- deyə o bildirib.

“Alpinistlərin üzərində çiplər və bu kimi xüsusi avadanlıqlar olmayıb.Çiplərdən xizəkçilər istifadə edirlər. Alpinistlərin axtarışı üçün istifadə olunan xüsusi əməliyyatların keçirilməsi onlara tətbiq olunmur. İndiki təhlükəli vəziyyətdə V şəklindəki dərələrdə onların  axtarışları çox təhlükəlidir, belə bir şəraitdən ancaq təcrübəli alpinistlər baş çıxara bilərdilər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...