Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda dilənçi qadını evakuator vurdu

Bakının Nərimanov rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mynews.az Report-a istinadən xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Abdullayeva Ruhiyyə dilənçiliklə məşğul olan zaman onu yüksək sürətlə hərəkət edən “188” evakuasiya xidmətinə məxsus “İsuzu” markalı avtomobil vurub. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...