Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Oğlum dedi mənə xəyanət edib, lazım deyil” - Gəlini Bakıya qaçan qadın

Masallı rayonunda iki uşaq anasının övladlarını ataraq evdən qaçdığı barədə məlumat vermişdik.

Mynews.az Milli.Az -a istinadən xəbər verir ki, rayonunun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk etdikdən sonra hələ də ondan bir xəbər yoxdur.

Qaçan gəlinin keçmiş qaynanası Fatimə xanım “Bizimləsən”ə danışıb:

“Yeganənin evdən getməyi mənə pis təsir etdi. İki balası var evdə.

Birdən-birə evləndilər. Yolda görüb, istəyib, alıb. Dedim “Ay bala, qoy 1-2 ay görək”. Dedi “Yox, al”. Getdim aldıb gətirdim. 7 gün evimdə saxlamışam. Ondan sonra göndərmişəm. Demişəm “O arvadın, o da sən. Gedin. Bakıda qalırsan, harda qalırsan, get saxla”. O gedən getdi. Gəlirdilər də, gedirdilər də. 5 gün, 3 gün… Onun evində bir dəfə qalmışam. Onu da anası burnumdan tökdü. Deyirdim bala, nə iş görürsən? Deyirdim uşağa yemək bişir. Uşaqları da Mehdi saxlayırdı. Deyirdi telefonla danışıram, istəmirəm. Yaylığımı Mehdinin ayağının altına atdım. “Yiyə dur, iki balan var. Bala, heç kəs bilməsin bu məsələni” dedim. Atası dedi “İstəmirsən, gətir at evimə”. Mehdi apardı. Dedi “Mənə xəyanət edib, mənə lazım deyil”.

Fikirlərinin sonunda keçmiş qaynana Yeganəyə efir vasitəsi ilə müraciət edib: “Mən keçirəm, Yeganə. Gəl uşaqlarına yiyə dur”.

Qeyd edək ki, Yeganə Məmmədova 2010-cu ildə Təklə kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...