Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İtkin düşən alpinistlərlə bağlı - YENİ AÇIQLAMA +FOTO

Quba rayonunda dağlıq ərazidə itkin düşən alpinistlərin axtarışı davam etdirilir.

“Ölkə.Az” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb. Verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatları Tufandağ istiqamətində gedir.

“Gün ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri aparılıb, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar davam etdirilib. Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində, dəniz səviyyəsindən 3217 metr yüksəklikdə aparılır”, - deyə məlumatda bildirilib

Qeyd edək ki, Quba rayonunun Xınalıq kəndindən dekabrın 23-də Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. Dekabrın 26-da qayıtmalı olan alpinistlərdən heç bir məlumat almaq mümkün olmayıb. FHN həmin şəxslərin axtarışına başlayıb. Əraziyə helikopter göndərilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...