"Ağıllı istixana" yaradıldı - Azərbaycanda
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri "ağıllı istixana" yaradıb.
Mynews.az bildirir ki, bunu Trend-ə layihəyə yaxın olan Rusif Hüseynov deyib.
Onun sözlərinə görə, layihə funksionallığına görə xarici analoqlarını üstələyir və tərəvəzlərin istixana təsərrüfatında yetişdirilməsi prosesinin tam avtomatlaşdırılmasını nəzərdə tutur: "Tələbələr tərəfindən istifadədə sadə və etibarlı sistem yaradılıb. Bu gün azərbaycanlı sahibkarları bu cür qurğuları Almaniya və Niderlanddan ixrac edir. Tələbələrimiz tərəfindən yaradılan layihə isə heç də onlardan geri qalmır. Biz "ağıllı istixana" layihəsini Kənd Təsərrüfatı Nazirliyinə təqdim etmək niyyətindəyik".
"Ağıllı istixana" istixanalarda iqlimə avtomatik nəzarət etməyə imkan verir və hava dəyişikliyinin bitkilərə təsirinin qarşısını alır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 984 dəfə oxunub
- Emin Ağalarov söz verdi 984 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 982 dəfə oxunub