Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qoy, hamı burada qoyun kimi oturub qulaq assın" - Həkim Baş həkimi belə topa tutdu - VİDEO

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovadan institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi geniş müzakirəyə səbəb olub.
Video sosial şəbəkələrdə yayılıb.
"Xəstəni atdılar ortaya ki, sən apar. Mən haradan bilim ki, o xəstədə "emdiardı”, "eksdiardı”. Bəlkə, bu sizin "zakazınızdır”. Mənim əlimdə sübutlar var. Xəstənin üç analizi var. Birində yazılıb, "rifamiçin”ə  qarşı həssasdır, digərində - davamlıdır. Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm. Qoy, hamı burada qoyun kimi oturub qulaq assın. Mən sizə qulaq asan deyiləm”, - Səbinə Məmmədova deyib.
Bu sözlərdən sonra o, zalı tərk edib.
Qeyd edək ki, Həqiqət Qədirova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru vəzifəsinə ötən ilin mart ayında təyin olub.(Oxu.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...