Maşınını vuran şəxsi qətlə yetirdi
Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.
1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.
Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. (Report)
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 931 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 911 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 903 dəfə oxunub
loading...