İsmayıllıda ərəb turistləri daşıyan avtomobil aşdı
İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Mynews.az APA-ya istinadən xəbərinə görə, İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər – 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 947 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 600 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 590 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 590 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 587 dəfə oxunub