Nazirdən 80000 ailəyə ŞAD XƏBƏR - Sosial müavinətlərin verilməsində DƏYİŞİKLİK - VİDEO
“Hazırda təqribən 80000 ailə ünvanlı sosial yardımı yeni sistemlə almaqda davam edirlər”.
Bunu mediaya açıqlaması zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
“Bildiyiniz kimi avtomatlaşdırılmış sistem 2016-cı ilin fevral ayının 15-dən fəaliyyətə başladı. Artıq bir aydan sonra köhnə sistemlə, yəni əl ilə təyinatların 2 illik vaxtı başa çatır. Ondan sonra hamısı VEMTAS tərəfindən təyin olunmuş ünvanlı sosial yardımlar olacaq. Onlar elektron şəkildə təyinat hesabına ünvanlı sosial yardım alan ailələr olacaq. Bu proses gedir. Amma təbiidir ki, ailələrin tam ünvanlı olaraq, həqiqətən buna ehtiyacı olanların alması prosesi təsdiqini tapır. Ola bilir ki, bəzi ailələr buna düşmür, onlar imtahanlar verirlər. Konkret halda onlara imtahanların səbəbləri göstərilir. Ona görə bir daha qeyd eləmək istəyirik ki, kimlərin ailələrində əmək qabliyyəti olan üzvlər var, onlar bizim yerli məşğulluq mərkəzlərinə özünəməşğulluq proqramında iştirak üçün müraciət etsinlər. Artıq bizim kifayət qədər vəsaitimiz var, formalaşır. Cənab Prezident Nazirlər Kabinetinin geniş iclasında öz çıxışında qeyd etdi ki, özünəməşğulluq proqramı üçün bu il 35 milyon manat vəsait nəzərdə tutulub. Bu, keçən il bizim tədbiq etdiyimiz özünəməşğulluq layihəsindən təxminən 6 dəfə böyükdür”. metbuat.az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 947 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 600 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 590 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 590 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 587 dəfə oxunub